Çalışmalar 1. Aşağıdakı təkliflərdən hansılar doğrudur? Cavabınızı nümunələrlə izah edin. a) hər bir rasional ədəd həm də natural ədəddir; b) hər bir tam ədəd həm də rasional ədəddir; c) hər bir tam ədəd həm də natural ədəddir; ç) hər bir natural ədəd həm də tam ədəddir; d) 0 rasional ədəddir, 1 rasional ədəd deyil; e) hər bir natural ədəd həm də rasional ədəddir.